Dünyanın ən böyük heykəli orada inşa edildi

Hit: 703
Dünyanın ən böyük heykəli orada inşa edildi

60 metr uzunluğa və 45 metr genişliyə sahib olan və hazırlanması təxminən 10 il davam edən nəhəng heykəl dünyanın ən böyük quş heykəli kimi qeyd olunub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ötən il Hindistanın Kerala əyalətində açılan Jatayu dünya mərkəzində yerləşən dünyanın ən böyük quş heykəli Hindistanın yeni cazibə mərkəzi halına gəlib.

Dəniz səviyyəsindən 300 metr yüksəklikdə olan bir qayanın üzərində yerləşən heykəl Ramayana dastanında bir obraz olan "Jatayu" quşunun eynisidir.

Əfsanəyə görə, heykəlin dayandığı "Jatayupara" əfsanəvi quş jatayunun Ravana tərəfindən qanadları kəsilərək öldürüldüyü yerdir.

İnsan və digər canlıların bir-birinə dəyər verdiyi bir dövrü əks etdirən bu şah əsər Raciv Anchal tərəfindən tam 10 il müddətə başa gəlib. İndidən turistlərin maraq dairəsinə çevrilən bu heykəlin yaxın gələcəkdə Hollivud filmlərində görülməsi gözlənilir.

İnsan əli ilə inşa edilmiş ən gözəl əsərlərdən biri olan bu ən böyük heykəl gerçək bir sənət əsəridir.

 

39fe62c3a78dc1f33213e332faf179fe

 

65c4ba24bb011401daf388061b36e560

 

18444f924878ce67f880bd4dcec6344f

3f989d4eb4db96a101f714bd6623e073









Redaktorun seçimi