Quşla toqquşan təyyarə yararsız hala düşdü

29 dəfə oxunub
Quşla toqquşan təyyarə yararsız hala düşdü

Rusiyanın Sankt-Peterburq şəhərindən Yunanıstanın Korfu adasına uçan sərnişin təyyarəsi hərəkətdə olduğu vaxt quşla toqquşub. 

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hava gəmisinin məxsus olduğu "Rossiya" aviakompaniyasının mətbuat xidməti məlumat verib.

Təyyarə quşla toqquşmasına baxmayaraq, Korfuda uğurlu eniş edə bilib. Təyyarəyə baxış keçirən mütəxəssislər onun yararsız hala düşdüyünü bildiriblər. Aviakompaniya, dönüş reysini həyata keçirmək üçün, "Vnukovo" hava limanından Korfuya başqa təyyarə göndərib.



Redaktorun seçimi