Üzük taxdığınız barmaq xasiyyətinizi ələ verir - psixoloqların maraqlı izahı

Onların bir çoxu özündən razı olur, özünü digər insanlardan daha üstün hesab edirlər, özünü tərifləməyə sevirlər.
Problemlərlə üzləşəndə tez yorulurlar və təslim olurlar.
Adsız barmaqda üzük (nişan üzüyündən başqa)
Bu insanlar incəsənəti sevir və yaxşı anlayırlar, bir çoxları yaradıcılıqla məşğul olurlar.
Onlar romantik və xəyalpərəst olur, ünsiyyət, yaxşı vaxt keçirmək, əylənməyi sevirlər, şən-şöhrətə can atırlar.
Çeçələ barmaqda üzük
Bu insanlar ağıllı və gözəl natiq olurlar. Onlar istənilən insanla dil tapa bilir, əlaqə yaratmağı bacarırlar.
Onlar fərasətli olur, tez-tez müxtəlif intriqalar yaradır, insanlardan öz xeyirinə istifadə etməyi xoşlayırlar.
Bu barmağa üzük taxmağı xoşlayan qadınlar özünü sevən, nazlı və dəyişkən olurlar, diqqət xoşlayırlar.
Ayaq barmağında üzük
Psixoloqların fikrinə görə, bu insanlar seçilmək, özünə diqqət çəkmək xoşlayır, özündən razı olurlar.


