Yeni nəsil VW Golf GTI modelinin prototipi sınaqlara çıxıb

49 dəfə oxunub
Yeni nəsil VW Golf GTI modelinin prototipi sınaqlara çıxıb

Volkswagen şirkətinin Golf modeli ilə yaxından maraqlananlar bu hetçbekin "qaynar" GTI versiyasında təklif edildiyini də bilrilər. "Qaynar" hetçbekin sadə variant 230 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilsə də, daha "bərkgedən" GTI TCR versiyası 290 at qüvvəli aqreqata malikdir.

Faktor.az autograph.az-a istinadən bildirir ki, bu günlərdə avtomobil aləminin yeni model ovçuları Alman küçələrdinin birində səkkizinci nəsil VW Golf GTI modelinin prototipinə rast gəliblər. Şəkillərdən göründüyü kimi, prototip genişləndirilmiş təkər tağlarına, çıxıntılı kandarlara, buraxılış sisteminin iri ölçülü çıxış borularına, iri hava girişlərinə, təkər disklərinə və spoylerə malikdir. Bütün bunlar, kamuflyajın altında Golf GTI modelinin gizləndiyinə dəlalət edir.



Redaktorun seçimi