Günəşdə kiçik həyəcanlaşmalar qeydə alınıb - Rəsədxana

52 dəfə oxunub
Günəşdə kiçik həyəcanlaşmalar qeydə alınıb - Rəsədxana

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 9-na olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Redaktor.az-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=3, 4).

Rəsədxanadan bildirilib ki, iyulun 9-11-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır.

Həmin tarixlərdə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da, fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.



Redaktorun seçimi