Xoruz məhkəməyə verildi - Erkən banladığına görə

33 dəfə oxunub
Xoruz məhkəməyə verildi - Erkən banladığına görə
Fransanın Şaranta departamentində qonşular xoruzu və onun sahibini məhkəməyə veriblər.
 
Faktor.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, buna səbəb xoruzun ətrafdakıların yatmasına mane olmasıdır.
 
Qonşular hesab edir ki, Moris adlı xoruz çox erkən banlamağa başlayır və bu, onların rahatlığını pozur.
 
Bu səbəbdən xoruzun sahibi Fessodan 1000 avro kompensasiya tələb olunur. Əldə ediləcək məbləğ xeyriyyə işlərinə sərf olunacaq.
 
Qeyd edək ki, tərəflər 4 iyul tarixində keçirilən məhkəmədə iştirak etməyiblər. Məhkəmənin sentyabrın əvvəllərində sözügedən məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.



Redaktorun seçimi