110 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Sən demə viski...

Hit: 325
110 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Sən demə viski...
İnsanoğlunun ən böyük arzularından biri çox yaşamaqdır. Britaniyanın ən uzunömürlü sakinlərindən biri 110 yaşlı Qreys Cons çox yaşamağın sirlərini mediya ilə bölüşüb.
 
 Cons gündəlik viski içməyini səbəb gətirib.
 
Qreys etiraf edir ki, 60 ildir, hər axşam viski içir.
 
"50 yaşım olanda həkim mənə dedi ki, ürəyim zəifdir. Sağlamlığıma qovuşmaq istəyirəmsə, viski içməliyəm".
 
İngilis xalqı onu "Möhtəşəm Qreys" adlandırır. 78 yaşlı qızı isə anasının qeyri-adi qadın olduğunu deyir: "O, çox qlamur qadındır. Şadıq ki, bu yaşda da bizimlə birgədir".

Britaniyanın ən uzunömürlü insanlarından olan Qreys 27 baş nazirin hakimiyyətinə və iki dünya müharibəsinə şahidlik edib. II Yelizaveta onu hər doğum günüdə şəxsən təbrik edir. (publika.az)

 








Redaktorun seçimi