Qurani-Kərimdə ‘qəzəbə düçar olmuşlar’ və ’azğınlar’ kimlərdir?
Quranda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri ("Bəqərə"/108), müşrikləri ("Nisa"/116), kafirləri ("Nisa"/136), üsyankarları ("Əhzab"/36), kafirləri dost tutan müsəlmanları ("Mümtəhinə"/1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və Onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.
Quranda bəziləri "azdıran" kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri misal göstərmək olar.
Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vhakimiyyətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Həmd" surəsi, 7-ci ayənin təfsirində.)