Qarınlı kişilərə ŞAD XƏBƏR - Qadınların daha çox xoşuna gəlir

Hit: 683
Qarınlı kişilərə ŞAD XƏBƏR - Qadınların daha çox xoşuna gəlir

Günümüzdə əzələli kişi bədəni qadınların idealıdır deyə düşünülür.
 
Aparılan son araşdırmalar isə əksini deyir. Medicina.az bu tədqiqatların nəticəsini təqdim edir.
 
Faktor.az medicina.az-a istinadən bildirir ki, ölkəmizdə və dünyada qadınların əksəri "əzələli bədən qruluşuna malik kişi, yoxsa qarınlı kişi?" sualında birinci versiyanı cavabandırır. ABŞ-da 100-lərlə  respondent arasında keçirilən sorğu isə qəribə təzad yaradıb.
 
Sən demə, bəzilərinin qarınlı kişilərdən xoşu gəlirmiş. Sorğu aparılan qadınların 61 %-i daha təbii görünən bədən quruluşuna üstünlük verib. Sorğuda iştirak edən kişilər isə qarınlı olmaqdan narahat olmadıqlarını dilə gətirib.
 
Qadın iştirakçıların 70 %-nin çəkisi artıq kişiləri bəyəndiyi məlum olub.
Kişilərin 47 faizi isə bədən quruluşlarını önəmsədiklərini bildirib. Bəzi qadınların hesab edir ki, "kök kişilər öz bədənlərinə daha çox güvənir, köklükləri özgüvənə işarədir".









Redaktorun seçimi