Pomidoru necə saxlamalı?

Hit: 329
Pomidoru necə saxlamalı?

Bir çox tərəvəzlər kimi pomidoru da çox zaman soyuducuda saxlamağa adət etmişik.

Faktor.az  e-tibb.az-a istinadən bildirir ki, əslində pomidoru otaq temperaturunda saxlamaq lazımdır. Alimlərə görə, pomidor birmənalı olaraq soyuducuda saxlanmamalıdır. Nəyə görə?

Mütəxəssislər hesab edir ki, pomidorun saxlanma temperaturu 12 dərəcədən az  olmamalıdır. Soyuducuda saxlananda bu tərəvəzin dadında və keyfiyyətində dəyişiklik yaranır. Soyuq mühit pomidorun təzə saxlaya bilər, amma ən azı dadına təsir edir.

Qeyd edək ki, pomidor vitamin, qidalı maddələrin qaynağı sayılır. Tərkibi su ilə zəngin olan bu tərəvəz dərini daim nəm saxlamağa kömək edir. Ən lifli qidalardan biri sayılır, həzmə kömək edir.

Tərkibindəki maddələr ürək xəstəlikləri, yüksək təzyiq və ifliclərin yaranmasının qarşısını alır. Ağciyər, yoğun bağırsaq, süd vəzi xərçəngindən qorunmaq üçün bol-bol pomidor yemək tövsiyə olunur. Onun tərkibində olan antioksidantlar kanserogen reaksiyaları önləyir, sərbəst radikalların bədəndə daha sürətli inkişafının qarşısını alır.

 

Həmçinin pomidor hüceyrələrin yenilənməsi, əzələ kütləsinin formalaşması üçün lazım olan protein qaynağıdır. Pomidor və toxumlarında görməni yaxşılaşdıran yüksək miqdarda A vitamini var.

Pomidor dərinin oksigenlə təmin olunması, gənc qalması, orqanizmin stressdən uzaq olması baxımından da ən çox tövsiyə edilən tərəvəzlərdən biridir.









Redaktorun seçimi