Alimlərdən "Cəhənnəm qapısı" barədə ŞOK HƏQİQƏT - Bura yaxınlaşmaq niyə qadağandır? - VİDEO

Hit: 282
Alimlərdən "Cəhənnəm qapısı" barədə ŞOK HƏQİQƏT - Bura yaxınlaşmaq niyə qadağandır? - VİDEO

Türkmənistanın Darvaza qəsəbəsində yerləşən “Darvaza krateri”ndən illərdir alov püskürür.

Redaktor.az-ın məlumatına görə, bu səbəbdən yerli sakinlər arasında krater “cəhənnəm qapısı” adlandırılır. Məlumata görə, 1971-ci ildə sovet geoloqları qəsəbədə yeraltı qazların toplaşdığı ərazi aşkar ediblər. Qazıntı işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşıblar. Nəticədə yer qatı ucaraq böyük çüxur əmələ gəlib. Çüxurun dərinliyi 30, diametri isə 69 metrdir.

Qazıntı qurğuları və nəqiyyat vasitələri çuxura düşsə də, insan tələfatı qeydə alınmayıb. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün alimlər həmin qazları yandırmağı qərara alıblar.

Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək. Lakin onlar yanılıblar. 1971-ci ildən indiyə qədər kraterdən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanır. Qeyd edək ki, ərazidə zərərli qazlar olduğuna görə, 2004-cü ildə Darvaza kəndi ləğv edilib.

2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək üçün çuxurun dibinə enib. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar edib. Bu bakteriyalara yer üzünün digər nöqtələrində rast gəlinmir və onlar kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla mövcud olurlar.









Redaktorun seçimi