Körpənin göbəyini nə etmək lazımdır?

Hit: 783
Körpənin göbəyini nə etmək lazımdır?

Uşağın göbəyini kəsdikdən sonra nə etmək lazımdır? El arasında belə bir söz var ki, göbəyin basdırıldığı yer uşağa təsir edir. Bu söz düzdür?

Əgər münasib bir yer varsa, uşağın göbəyini orda basdırmaq lazımdır. Əgər elə bir yer yoxdursa, göbəyi bir əski parçasına bükdükdən sonra kloka qoyub zibilliyə atmaq olar.

Faktor.az muselmanlar.com-a istinadən bildirir ki, kəsilmiş göbəyin basdırıldığı yer uşağa təsir göstərmir. Belə bir inanc camaat arasında geniş yayılsa da, heç bir əsas və əsli yoxdur. Uşağın əxlaqi xüsusiyyətləri öz ailəsindən və düşdüyü mühitdən aldığı təlim-tərbiyə və görüb-götürdüyü şeylərlə formalaşır. Ailələr körpənin göbəyi məsələsindən əvvəl uşaqlarına necə bir tərbiyə verəcəklərini düşünməlidirlər. 









Redaktorun seçimi