Ayla bağlı yeni kəşf

Hit: 304
Ayla bağlı yeni kəşf

Amerikalı alim Ayın səthində qeyri-adi anomallıq müşahidə edib.

Faktor.az ölkə.az-a istinadən bildirir ki, Ayın Cənub Qütbündəki Eytken kraterində çox böyük metal kütləsi var. Hövzənin ölçüsü 2400*2500 km-dir.

Alimlərin fikrinə əsasən, metal Ayın səthinə kosmosdan asteroid vasitəsilə gəlib. Sonradan bu asteroid Ayda nəhəng krater yaradıb. Artıq ufoloqlar və digər müstəqil tədqiqatçılar öz versiyalarını irəli sürüblər. Onların fikrinə əsasən, Ay süni yaradılıb. Ehtimal edilir ki, bu peyk əslində yadplanetlilərin bazası olub. Ay Yerdə inkişaf etmiş bir sivilizasiya tərəfindən yaradılıb. Məqsəd isə planetimizdəki iqlim şəraitini yaxşılaşdırmaq olub.









Redaktorun seçimi