myGov portalında yeni funksional işə salınacaq

Hit: 296
myGov portalında yeni funksional işə salınacaq

Yaxın vaxtlarda myGov (my.gov.az) portalında yeni imkan yaradılacaq ki, vətəndaş öz “şəxsi kabineti” üzərindən istədiyi struktura məlumatın ötürülməsinə icazə versin.

Elektron Hökumətin İnkişafı Mərkəzindən APA-Economics-ə verilən məlumata görə, əyər hər hansı özəl təşkilat vətəndaşa dair məlumat əldə etmək istəsə, bu barədə vətəndaşa bildiriş gələcək və vətəndaş icazə verdiyi təqdirdə məlumatlar həmin struktura açıq olacaq.

Qeyd olunan funksionalın həmçinin mobil bankçılıq sahəsində də tətbiqi nəzərdə tutulur. Belə ki, mobil əlavə üzərindən istifadə oluna biləcək “icazə verirəm” funksiyası vətəndaşın kağız daşıyıcıda imzaladığı imzaya bərabər tutulacaq. Bu isə öz növbəsində vətəndaşlara, hüquqi və fiziki şəxslərə məsafədən bank hesablarının açılmasına, həmçinin kredit və sığorta ilə bağlı müraciət etmələrinə imkan yaradacaq.









Redaktorun seçimi