Qanda XƏRÇƏNG hüceyrələri belə məhv ediləcək - XÜSUSİ LAZER HAZIRLANIB

Hit: 303
Qanda XƏRÇƏNG hüceyrələri belə məhv ediləcək - XÜSUSİ LAZER HAZIRLANIB
ABŞ-ın Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən xüsusi lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.
 
Faktor.az "ictnews"-a istinadən xəbər verir ki, sözügedən texnologiya şiş xəstəliklərinin təkrar yaranmasının qarşısını almağa imkan verir.
Alimlərin sözlərinə görə, onlar bu metodun köməyi ilə şiş hüceyrələrinin 96%-ni məhv etməyə nail olublar.
 
Yeni qurğu, həmçinin 1 litr qanı 1 saat ərzində təhlil edir ki, bu göstərici analoqlardan çox sürətlidir.

 









Redaktorun seçimi