Qurani-Kərimin səhifələrinə nəzər salmaq da ibadətdir

48 dəfə oxunub
Qurani-Kərimin səhifələrinə nəzər salmaq da ibadətdir

1. Qurani-Kərimin əzəməti. Həzrət Peyğəmbər (s) buyurur: "Qurani-Kərimin başqa sözlərdən üstünlüyü, Allahın bəndələrindən üstünlüyü kimidir".

2. Qurana nəzər salmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Qurani-Kərimin səhifələrinə nəzər salmaq - ibadətdir".

3. Quran oxumağın təsiri. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən qəlblər pas bağlayar, necə ki, dəmir pas bağlayar". Soruşurlar ki, bəs onu necə cila edək? Həzrət (s) buyurur: "Qurani-Kərimi tilavət edərək və ölümü yada salaraq".

4. Evdə Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Qurani-Kərimi oxuyaraq nurlandırın və onu qəbiristan qərar verməyin. Əgər evdə Quran tilavəti çox olarsa, onun əhli üçün xeyir və bərəkət də çox olar. Parlayar və səma əhlinə nur verər, necə ki, ulduzlar yer əhlinə nur verir və parlayırlar".

5. Quranı öyrənmək. İmam Sadiq (ə) buyurur: "O kəsin ki, hafizəsi zəifdir və Quranı əziyyətlə əzbərləyir - 2 əcri olar".

 

6. Cavanın Quran öyrənməsi. İmam Sadiq (ə) buyurur: "O kəs ki, (Quranı) qiraət edər o halda ki, cavan və imanlı olar - Quran onun əti və qanı ilə qarışar".

7. Quranın əmrlərinə əməl etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Qurana iman gətirməz o kəs ki, Quranın haram buyurduğunu halal bilər".

 

 

 



Redaktorun seçimi