Almaniya DİN-i messencerləri əməkdaşlığa vadar edir

Hit: 286
Almaniya DİN-i messencerləri əməkdaşlığa vadar edir
Almaniyanın daxili işlər naziri Horst Zeehofer “WhatsApp”, “Telegram” və “Threema” kimi messencerləri müvafiq məhkəmə orderi olduğu halda, hüquq-mühafizə orqanlarına istifadəçilərin mətn çatlarına və zənglərinə giriş verməyə məcbur etməyi planlaşdırır.
 
Bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
 
Bununla yanaşı, nazir ismarış və səs yazılarının şifrədən açılmş şəkildə təqdim edilməsinə nail olmağa çalışır. Provayderlər əməkdaşlıqdan imtina etdikləri halda, Almaniyanın Federal Rabitə Agentliyi onların ölkədə fəaliyyətini bloklaya bilər. Nəşr bildirir ki, nazirin təklif etdiyi plan təsdiqləndiyi təqdirdə, artıq bu ilin sonuna kimi həyata keçirilə bilər.








Redaktorun seçimi