DİQQƏT: WhatsApp-ın bu yeniliyi xoşunuza gəlməyə bilər

459 dəfə oxunub
DİQQƏT: WhatsApp-ın bu yeniliyi xoşunuza gəlməyə bilər

Facebook 2020-ci ildən Whatsapp  hekayələrinə reklamlar əlavə edəcəyini açıqlayıb.

Faktor.az xəbər verir ki, Şirkət bunu illlik Facebook Marketinq Zirvəsi tədbirində bildirib.

Açıqlamaya görə, gələn ildən proqramın hekayələr bölməsində reklamlar göstəriləcək. 10 illik tarixində WhatsApp heç vaxt istifadəçilərinə reklam göstərməyib.

Proqramda reklamlar Instagram-ın hekayələr bölməsindəki reklamlara bənzər olacaq. Digər istifadəçilərin hekayələrinə baxarkən aralarda reklamlar görəcəksiniz.

Bununla yanaşı, WhatsApp Business-də olan məhsul kataloqu Facebook-un bənzər kataloquna inteqrasiya ediləcək. Beləcə, istifadəçilər daha asan əlaqə yaradıb məhsullar haqqında mesaj yaza biləcəklər.

 

Şəfanə

 

 



Redaktorun seçimi