Plastik qablardan 120 ev tikib qəsəbə saldılar - - MARAQLI...

Moderator.az xəbər verir ki, Panama Respublikasında Kolon adasında plastik qablardan ibarət evlər tikilərək artıq qəsəbə salınır. Layihədə 120 evin tikilməsi planlaşdırılır. Adada Robert Beza adlı şəxs plastik qabları ayırmaq üçün çalışır. Burda məqsəd tullanan plastik qablardan evlərin tikintisində istifadə etməkdir.
Evləri tikmək üçün əvvəl dəmir qəfəslər tikilir və araları plastik qablarla doldurulur. İlk olaraq inş edilən ilk ev üçün 10 min plastik qabdan istifadə edilib və müsbət nəticələri ortaya çıxıb. Belə ki, evin içi bayırdan 17 dərəcə daha sərindir. Yerli məmurların rəylərinə görə zəlzələyə qarşı 3 fərqli model hazırlanıb. Üç hektarlıq ərazidə layihə çərçivəsində 120 ev, baxça, qonaq evi və idman zalları tikiləcək.
Moderator.az maraqlı fotoları təqdim edir.





