Ən "ölümsaçan" avtomobillərin siyahısı açıqlandı - "Mitsubishi Mirage" liderdir...

İSeeCars.com resursu, 2013-2017-ci illər üçün ən təhlükəli avtomobillərin sıralamasını tərtib edib.
Moderator.az Ren.Tv-yə istinadən xəbər verir ki, bu reytinq cədvəli Tədqiqat Yol Təhlükəsizliyi İnstitutunun məlumatları əsasında aparılıb.
Ən ölümcül avtomobillər subkompakt sinfinə aid olanlar və idman avtomobilləri olub.
Araşdırmaya görə birinci yerdə Mitsubishi Mirage olub. Bu avtomobillərin milyard mil gedişində 10.2 maşın qəzaya düşüb.
Siyahının ikinci xəttində Chevrolet Corvette 9,8 avtomobillə dayanır. Üçüncü yerdə 7,7 avtomobillə Honda Fit modeli qərarlaşıb.
Bundan başqa, Kia Cerato, Subaru BRZ, Nissan 370Z, Nissan Versa, Kia Rio, Dodge Challenger, Chevrolet Camaro və bir sıra digər modellər təhlükəli avtomobillər siyahısına salınıb.


