87 il birlikdə ömür sürən YƏHUDİ cütlüyün XOŞBƏXTLİK SİRRİ

25 dəfə oxunub
87 il birlikdə ömür sürən YƏHUDİ cütlüyün XOŞBƏXTLİK SİRRİ

Böyük Britaniyada iki uzunömürlü yəhudi evliliklərinin 83-cü ildönümünü qeyd edib.

Faktor.az xəbər verir ki, bununla onlar nikah müddəti üzrə ölkənin rekordçusu olub. 87 il əvvəl tanış olub 83 il birlikdə xoşbəxt ömür sürən 104 yaşlı Helen və 105 yaşlı Moris Kay öz yubileyini Bornmutda qeyd edib.

"Hər şey elə çox dəyişib ki... Amma biz əvvəlki kimi birlikdəyik, Allaha şükür. Evlilik il dönümümüz çox möhtəşəm keçdi, nəticələrimiz bizi əyləndirirdi. İndi mən növbəti ildönümünü gözləyirəm", - deyə Moris Kay qeyd edib.

Cütlüyün uşaqlarından ikisi sağ qalıb, yeddi nəvə və altı nəticəsi var. Onların qızı Lil deyib ki, valideynləri hər kəs üçün gözəl örnək və əsl ilham mənbəyidir. Daha sonra əlavə edib ki, onların xeyir-duası daim bizim üstümüzdədir. Lil anasını çox incə, dəbli və baxımlı qadın kimi təsvir edib. O deyib ki, anası həftədə iki dəfə gözəllik salonuna gedir, hər cümə manikür etdirir, atası isə çox gözəl yumor hissinə, ironiya və həyat eşqinə malikdir.

Cütlüyün sözlərinə görə, əgər Helen Kaye böyük bacısının evlənməsini gözləməyə məcbur olmasaydı, onlar toyun 87-ci ildönümünü bayram edə bilərdilər.

Moris Kay müsahibəsində etiraf edib ki, xoşbəxt ailə həyatının sirrini bilir. "Həmişə və hər şeydə arvadla razılaşmaq" , - deyə o, etiraf edib. (publika.az)



Redaktorun seçimi