9 addımda qəzəbinizə nəzarət edin!

45 dəfə oxunub
9 addımda qəzəbinizə nəzarət edin!

Qəzəb sizin idarə edə biləcəyiniz bir hissdir. Həyatınızın hansı hissəsində yer alacağına özünüz qərar verə bilərsiniz. Hiss etdiyiniz qəzəbin səbəblərini görə bilər və həllini tapmaq üçün hərəkətə keçə bilərsiniz. Bəs bunu necə bacarmaq olar?

Faktor.az ölkə.az-a istinadən mövzu ilə əlaqədar oxucularına problemin həll yollarını təqdim edir.

Duyğunu yaşayın: Hissetdiyiniz qəzəb belə olsa, nəticədə sacədə duyğusal bir enerjidir. Düz və ya səhv deyildir; bunu mühakimə etmək mənasızdır. 

Qəzəbə haqlı səbəblər və ya bəhanələr axtarmağa ehtiyac yoxdur. 

Əgər duyğusal enerjinin qəzəb halını yaşayırsınızsa, hiss edin.

Qəzəbin altında yatan qorxu, günahkarlıq və peşmanlıq kimi duyğuları da hiss edin. 

Fikirləri anlayın: Qəzəbə səbəb olan fikirlərinizi tapın.

Qəzəblə bərabər hiss etdiyiniz duyğuları da anlamağa çalışın. 

Düşüncələrinizi aydınlıqla incələyib tərəfsiz gözlərlə baxın.  Bu düşüncələrin oturuşmuş və təkrarlanan olub-olmadığını müşahidə edin. Beləliklə özünüz və ətrafınızla bağlı daha çox şey öyrənəcəksiniz.

Qərar verin: Sizi qəzəbləndirən bir insandır yoxsa özünüzə qəzəblənirsiniz? 

Yerinə yetirilməmiş istəklər, istəyib edə biləmədiyiniz dəyişikliklər üçün qəzəb hiss edirsiniz? 

Hiddətinizə nəzarət etməyin ən təsirli yolu, sizi əsəbləşdirən insana qışqırmaq yerinə nə istədiyinizi açıq şəkildə deməkdir.

Əgər özünüzə əsəbləşmisinizsə, özünüzlə danışmaq və iç səsinizə qulaq asmaq vaxtıdır.

Nəzarət edin: Qəzəbin sizi idarə etməyinə icazə verməyin. Əgər qəzəbin sizi ələ keçirməyinə icazə versəniz, sonradan peşman olacağınız sözlər deyə bilər və buna görə də kədərli ola bilərsiniz. Hər anınızın və duyğunuzun fərqinə varın. 

Dürüst olun: Birinə əsəbləşib dava etməyə başlayanda dərin bir nəfəs alın və ordan uzaqlaşın. "İndi danışmaq istəmirəm" deyərək başqa bir otağa keçin, duş qəbul edin və ya sakitləşənə qədər ağlınızı məşğul edəcək bir işlə məşğul olun. 

Biri sizinlə qəzəbli danışırsa, siz də ona belə qarşılıq vermək məcburiyyətində deyilsiniz. Cavab vermək üçün tələsməyin.  Özünüzə və qarşı tərəfə dürüst olun, həqiqi düşüncələrinizi deyin. Lakin bunu etmək üçün sakitləşməyi gözləyin. 

Məsuliyyət daşıyın: Qəzəblə bağlı başlayan mübahisəni siz başlatmısınızsa, duyğunuzun məsuliyyətini qəbul edin.

Qarşı tərəfə "sən məni əsəbləşdirirsən" demək yerinə, "sən bunu edəndə mən əsəbləşirəm, xahiş edirəm təkrarlama" deyin. 

Əlbəttə, insanlarla münasibətlərdə düzgün kəlimələri seçmək önəmlidir. Bunu öyrənmək üçün özünüzə zaman verin və səbrli olun.

Enerji sərf edin: Qəzəbin duyğusal bir enerji olduğunu xatırlayın. Bu enerjini yox etmək üçün sizi mənəvi rahatladacaq, həm də həyat şəraitinizi yaxşılaşdıracaq işlərlə məşğul olun. Mətbəxi təmizləyin, rəqs edin, bağçanı təmizləyin, paltar ütüləyin, yemək bişirin, isti su ilə duş qəbul edin və ya açıq havada gəzintiyə çıxın. 

Bu enerjidən qurtulmağınıza kömək etmək üçün zövqünüzə uyğun fəaliyyətlərlə məşğul olun. 
 
Məktub yazın: Duyğu və düşüncələrinizi heç kimə göndərməyəcəyiniz məktuba yazın. Bu qəzəbinizi nəzarətdə saxlayan ən önəmli yollardan biridir. Siz bununla qəzəbinizi kağıza tökərək günahkarlıq hissindən qurtula bilərsiniz. 

Qəzəbi nəzarətdə saxlamaq təlimi: Bunun üçün gün içərisindən dəftər-qələm gəzdirin. Gün ərzində qəzəbləndiyinizi hiss etdikdə dəftərinizə yazın və əsl səbəbi tapın. Sizi qəzəbləndirən nədir? Həyat yoldaşınızın məhsuliyyətsiz davranışları, iş yoldaşlarınızın eqoistliyi və ya xəyallarınızı gerçəkləşdirmək üçün heç birşey etməmək? Qəzəbinizin əsl səbəbini tapın və buna çarə olacaq birşeylər etməyə çalışın.



Redaktorun seçimi