"Boeing" etiraf etdi

Hit: 375
"Boeing" etiraf etdi

ABŞ-ın təyyarə istehsalçısı "Boeing" şirkəti, 737 Max model sərnişin təyyarələrində iki ölümcül qəzaya səbəb olan proqram təminatı problemindən, ilk qəzadan təxminən 1 il əvvəl xəbərdar olduğunu etiraf edib.

Faktor.az marja.az-a istinadən bildirir ki,"Boeing"dən verilən açıqlamada, 737 Max tipli təyyarələrdə, təyyarənin tandemi ilə hava axınının istiqaməti arasındakı bucağı müəyyən edən sensorlarında uyğunsuzluqları xəbər verən proqramdakı problemdən, modellərin ilk təhvilləri həyata keçirildikdən sonra xəbərdar olduqları qeyd olunub.
 
"Boeing" rəsmiləri, problemin uçuş təhlükəsizliyinə və təyyarənin işinə böyük bir təsiri olmayacağını qiymətləndirdikləri üçün təcili müdaxilə etməyi lazım bilməyiblər, problemi növbəti bir proqram yenilənməsi ilə həll etməyi planlaşdırıblar.

Digər tərəfdən, ABŞ Federal Aviasiya İdarəsi (FAA) Boeing-in sözügedən təminat problemi məsələsində, ilk qəzanın baş verdiyi  2018-ci ilin Oktyabr ayına qədər onlara məlumat vermədiyini açıqlayıb.









Redaktorun seçimi