Planetin ən gözəl qadını bəlli oldu

Hit: 359
Planetin ən gözəl qadını bəlli oldu

Amerikalı aktrisa Cenifer Qarner “People” jurnalının versiyasına görə planetin ən gözəl qadını seçilib.

Onun fotosu jurnalın xüsusi buraxılışının üz qabığına yerləşdirilib.

Nəşr qeyd edir ki, aktrisa Hollivud filmləri ilə yanaşı, özünün “Once Upon a Farm” şirkətində orqanik məhsulların istehsalı ilə məşğuldur, həmçinin “Save the Children” uşaqlara kömək hərəkatında iştirak edir.

Bundan əlavə o üç uşaq anasıdır.

Aktrisa “People” jurnalına müsahibəsində qeyd edib ki, gənc vaxtlarında özünü cazibədar hesab etmirdi, valideynləri isə ona xarici görünüşü ilə bağlı kompliment demirdilər. 

Qeyd edək ki, Cenifer Qarner “Pearl Harbor”, “Bacarısansa məni tut”, “Dallas alıcılar klubu” və “Müqəddəs Valentin Günü” filmlərindəki rolları ilə tanınır.

2005-ci ildə o Ben Afflekə ərə gedib. 2017-ci ildə cütlük boşanıb.









Redaktorun seçimi