Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü

Hit: 433
Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü

Yaponiyada Naqasaki əyalətində istirahət mərkəzlərindən birindən tapılan qızıl ləyən  Ginnesin Rekordlar Kitabına düşüb.

Faktor.az Modern.az-a istinadən xəbər verir ki,  ləyənin ağırlığı 154,2 kiloqramdır. 18 karatlıq qızıldan ibarət tapınıtının dəyəri 7,1 milyon dollar civarında müəyyənləşib. Ləyənin diametri 1,3 metrdir. İstirahət mərkəzinin sahibi olan “Huis Ten Bosch” şirkətinin nümayəndəsi ləyənə iki yetkin yaşda insanın yerləşə biləcəyini bildirib.

Qeyd edib ki, bu ləyən istirahət üçün bura gələn müştərilərimizə şans gətirəcək. Ginnesin Rekodlar Kitabına düşən bu ləyəndən 1 saatlıq isfiadə üçün 48 dollardan çox pul ödənməlidir.

 









Redaktorun seçimi