Bu qadın 100 yaşında yoqa edir, dərs deyir - VİDEO

Hit: 928
Bu qadın 100 yaşında yoqa edir, dərs deyir - VİDEO
Tao Porchon-Lynch Nyu-York şəhərinin qərbindəki qəsəbə olan Hartsdale-də yaşayır. 
 
Faktor.az medicina.az-a istinadən bildirir ki, o, yoqa  dərsini ilk dəfə 7 yaşında ikən Hindistanda aldığını söyləyir. Plyajda gəzərkən yoqa hərəkətləri edən bir qrup oğlan uşağı görüb təəccüblənir. Xalası ona bu hərəkətlərin "qızlar üçün deyil" deməsinin ardından, "oğlanlar edirsə, mən də edərəm" cavabını verir. 
 
Zamanla Porkon Linç gənc yaşlarına gəlir və artıq yoqa dərsləri deməyə başlayır. O insanlara sağlam  nəfəs alma qaydalarını öyrədirdi. Xüsusilə bunu oturarkən necə etməli olduqlarını.
 
O, həmçinin hər gün aynanın qarşısında özünə tapşırıqlar verir. "Hər yuxudan oyananda günəşə baxıram və deyirəm, bu gün həyatımın ən gözəl günü olacaq. Beləcə bu olur və həmişə də olacaq".

4 dəfə omba əməliyyatı keçirməsinə baxmayaraq, Fred Astaire rəqs studiyasında bal rəqsi edir.

Qeyd edək ki, o həmçinin Amerikanın məşhur "American Got Talent" yarışmasının iştirakçısı olub.

 









Redaktorun seçimi