Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı kim olub? - TARİXİ FAKT

Hit: 375
Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı kim olub? - TARİXİ FAKT

Tarixdə ölümü gizlədilən hökmdarlar çox olub. Onlardan bəzisinin ölümü müəyyən siyasi səbəblərə görə gizlədilib. Belə hökmdarlardan biri də böyük hökmdar, Səlcuqlu Sultanı Məlikşah olub.

Msələ ilə bağlı tarixi faktı "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf verib.

1092-ci ilin 20 noyabrında Sultan Məlikşah Bağdad səfəri sırasında yolda təşkil etdiyi şənlikdə yediyi ov ətindən zəhərlənərək vəfat etdi.

Tərkən xatun Məlikşahla evləndiyi (bu evlilik 1066-1072-ci illər arasında gerçəkləşib) tarixdən etibarən Səlcuqlu dövlət sistemində güclü fiqur halına gəldi. Tərkan xatun taxta azyaşlı oğlu Mahmudu çıxartmaq üçün bir sıra tərbirlərə əl atdı. Əvvəlcə Məlikşahın ölümünü ordudan gizlədən Tərkən, daha sonra sultanın nəşini gizlicə cənazə namazı qılınmadan Şuniziyyədə dəfn etdirdi.

İbn əl-Əsir sultanın ölümü ilə yaşanan qəribəliyi belə şərh edir:

"Məlikşah kimi bir sultanın cənazə namazının qılınmadığı və arxasından heç kimin yas tutub ağlamadığı başqa bir Səlcuqlu sultanı nə görüldü, nə də eşidildi".

Beləcə, tarixinin ən böyük hökmdarının ölümü səssiz gerçəkləşdi.









Redaktorun seçimi