Ən məyusedici avtomobillər açıqlandı

Hit: 334
Ən məyusedici avtomobillər açıqlandı

Almaniya və Britaniya istehsalı olan lyuks avtomobillər alınandan bir müddət sonra sahibləri tərəfindən ən çox satışa çıxarılan maşınlardır. 

Bu barədə iSeeCars.com statistik agentliyin araşdırmasında deyilir.

Bildirilir ki, sahiblərinin imtina edərək satışa çıxardığı avtomobillərin reytinqində birinci yerdə Mercedes-Benz C-Class (12,4 faiz) qərarlaşıb. 

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq 11,8 faizlə BMW 3 Series və Land Rover Discovery Sport qərarlaşıb. 

Siyahıda dördüncü Land Rover Range Rover Evoque (10,9 faiz), beşinci Mini Clubman (10,7 faiz) olub. 

Reytinqdə həmçinin BMW X1 (10,4 faiz), BMW X3 (9 faiz), Nissan Versa Note (9 faiz), Jaguar XF (8,8 faiz) və Nissan Versa (8,7 faiz) yer alıb. 

Qeyd olunur ki, sahiblərinin avtomobilləri alınan gündən bir il ərzində satmalarının səbəbi sözügedən modellərin etibarlıq reytinqinin aşağı olmasıdır.









Redaktorun seçimi