Alimlərdən qeyri-adi yenillik - Kişilər üçün doğuş həbləri hazırlandı

Hit: 691
Alimlərdən qeyri-adi yenillik - Kişilər üçün doğuş həbləri hazırlandı

Alimlər kişilər üçün doğuş nəzarət həbləri hazırlayıb.

Bu cür həblər indiyə qədər qadınlar üçün istehsal olunurdu. 

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da  aparılan araşdırmaların nəticəsində  kişilər üçün doğuş nəzarət həbləri hazırlanıb.

 “11-beta-MNTDC”  adlı dərman ilk mərhələdə 40 kişi üzərində sınaqdan keçirilib. Sınaqlar uğurla nəticələnib.

Los Anceles Biomedikal Araşdırma İnstitutundan bioloq  Christina Wang-ın araşdırmalarına görə,  bu həbin iki hormonal aktivliyi birləşdirdiyi və sperma aktivliyini azaltdığı  açıqlanıb.

Kliniki testlər 40 sağlam kişi üzərində aparılıb.

28 gün boyu bu iştirakçılardan 30-na müxtəlif dozalarda dərman verilib. Qalan 10 bəfər isə “placebi” adlanan təsirsiz dərmanlardan içib.

“11-beta-MNTDC”  həbləri testesteronun həm spermaları əngəlləyən, həm də hormon tarazlayıcı bir versiyası əsasında hazırlanıb.

Hormonal tarazlayıcı özəllik bədəndəki kişilik xüsusiyyətlərini qorumaqla, sperma aktivliyini azaldır.

İştirakçılar ciddi bir simptom, ya da kliniki problem yaşamayıblar.  Ancaq sperma istehsalı üçün lazım olan LH və FSH adlı hormonlarda azalma təsbit edilib. Bəzi kişilərdə isə baş ağrısı, yorğunluq, sivilcə kimi yan təsirləri olub.

Cinsi baxımdan isə 5 nəfərin libidosunda kiçik dəyişmələr müşahidə olunub. İki kişi isə sərtləşmə problemi yaşadığını bildirib.

Hormonal dərmanların yan təsirinin olması normaldır və həkimlər bu təsirləri yüngül olaraq qiymətləndirib.

Nəticələr ümidverici olsa da, araşdırmaçılar  həblərin bazara çıxarılmasına hələ zaman qaldığını, çalışmaların davam etdiriləcəyini bildirib. Təxmini verilən tarix isə 10 ildir.

Araşdırmanın nəticələri New Orleans-dakı ENDO-2019 tədbirində açıqlanıb.

Şəfanə

 

 









Redaktorun seçimi