Feysbukdan növbəti qalmaqal: 600 milyon şifrə...

Hit: 246
Feysbukdan növbəti qalmaqal: 600 milyon şifrə...

Feysbuk şirkəti ətrafında növbəti qalmaqal baş verib.

Faktor.az xəbər verir ki, məlumata görə, şirkətin 20 mindən artıq işçisi istifadəçilərin hesablarına girib. 200-600 milyon arası istifadəçinin sosial şəbəkə hesablarının saxlandığı proqram Feysbukun əməkdaşlarının ixtiyarına verilib. Bununla da hətta şirkətdə təcrübə keçməyə başlayan şəxslər belə milyonlarla insanın Feysbuk şifrələrindən xəbərdar olub.

Qeyd edək ki, Feysbuk şirkəti daha əvvəl baş vermiş təhlükəsizlik qalmaqallarından sonra istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün tədbirləri artırmağa və buna görə milyonlarla dollar sərf etməyə hazır olduğunu bildirmişdi.

(axar.az)









Redaktorun seçimi