Gənc müəllimin qeyri-adi bacarığı görənlərin marağına səbəb olur - VİDEO

Hit: 800
Gənc müəllimin qeyri-adi bacarığı görənlərin marağına səbəb olur - VİDEO

Lənkəranda yaşayan  gənc müəllimin maraqlı və qeyri-adi bacarığı görənlərin marağına səbəb olur. Ölkələrin xəritələrini bir neçə dəqiqədə çəkmək və onun coğrafi mövqeyi barədə məlumat vermək onun üçün çətin deyil. 

Oxu.Az xəbər verir ki, Vüsal Cabbarov tarix müəllimidir və Lənkəranın Sütəmurdov kəndində yaşayır. 

Gənc müəllimin qeyri-adi bacarığı məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət etmək zərurətindən yaranıb. Maraqlı odur ki, o, istənilən dünya ölkəsinin xəritəsini dəqiqliklə çəkə bilir, özü də heç bir köməkçi vasitəyə baxmadan. 

 

V. Cabbarov deyir ki, istər indiki, istərsə də qədim dövlətlər olsun, bu bacarığı nümayiş etdirmək çətin deyil.









Redaktorun seçimi