Yeni dəb: “Gucci” firması 870 dollara “çirkli” ayaqqabılar satır - FOTOLAR

Hit: 833
Yeni dəb: “Gucci” firması 870 dollara “çirkli” ayaqqabılar satır - FOTOLAR

Dəb dünyası bizi təəccübləndirməkdə davam edir. İndi də “çirkli” ayaqqabılar satırlar.

Faktor.az xəbər verir ki, məşhur “Gucci” italyan moda evi qeyri-adi idman ayaqqabılarını satışa çıxarıb. “Cruise 2019” kolleksiyasından olan qırmızı-yaşıl ayaqqabılar köhnəlmiş və solğun görünür.

Gucci fitmasının istehsal etdiyi idman ayaqqabısı

Gucci fitmasının istehsal etdiyi idman ayaqqabısı

Firmanın rəsmi sayıtanda yazılıb ki, bu dizayn 1970-ci illər idman dəbini özündə əks etdirir. Ayaqqabının üç rəng variantı var. Belə “çirkli” ayaqqabını 870 dollara almaq mümkündür.

Gucci fitmasının "çirkli" ayaqqabıları

Gucci fitmasının “çirkli” ayaqqabıları

Fevralda sənaye modasında istehlakçı davranışını analiz edən “Lyst” platformasının mütəxəssisləri “Gucci”ni dünyada ən populyar brend adlandırmışdılar. Ən çox tələbat olan mallar arasında “Gucci” loqotipli kəmərlər xüsusi yer tutmuşdu.









Redaktorun seçimi