Tələbə ev tapşırığını robota həll etdirib

Hit: 300
Tələbə ev tapşırığını robota həll etdirib

Çində bir tələbənin ev tapşırıqlarını həll etmək üçün robot alaraq, yazdırması sosial mediada marağa səbəb olub.

Xarici media xəbər verir ki, Çinin Cıciang əyalətində bir qız “Bahar bayramı”nda valideynlərindən xəbərsiz ev tapşırıqlarını yazması üçün 800 yuana (təxminən 625 dollar) robot alıb. İnsan yazısını təqlid edən və səhvsiz yazan robot müəllimlərin bir həftəlik “Bahar bayramı” boyunca verdiyi tapşırıqları çox qısa müddətdə yazaraq bitirib. Valideyn Çang qızının ev tapşırıqlarını qısa müddətdə tamamlamasına və yazılarının səhvsiz olmasına çox təəccüblənib. Çang onun otağını təmizləyərkən “bütün əl yazılarını təqlid edə bilən” loqolu robotu taparaq vəziyyətin fərqinə varıb və əsəbiləşərək cihazı qırıb. 

Hadisəni “Bu sizin bütün ev tapşırıqlarınızı yaza bilər, amma imtahanlarınıza kömək edə bilərmi?” ifadələri ilə ölkənin sosial media hesabı olan “Weibo”dan paylaşıb. 

Qeyd edək ki, bu paylaşım 13 milyon dəfə oxunub, 3 mindən artıq paylaşılıb. Robotun satıldığı elektron ticarət platformasında isə ona olan maraq artıb.









Redaktorun seçimi