Rusiya beş il ərzində kosmosa turist göndərəcək

Hit: 273
Rusiya beş il ərzində kosmosa turist göndərəcək

NPO Aviasiya və Kosmos Texnologiyaları şirkətinin baş dizayneri Aleksandr Beqak turizm sahəsində yeni eranın açılacağını müjdələyib.

Faktor.az xəbər verir ki, Sputnik xəbər agentliyinə danışan A. Beqak, beş il sonra Rusiyanın kosmosa turist göndərə biləcəyini deyib. Dediyinə görə, bir çox şirkətlər artıq pilotsuz Selena Kosmos Yaxtası layihəsi üzərində çalışır. Layihəyə əsasən, bir nəfər üçün 200-300 min dollar arası gediş haqqı ödəməklə kosmosa səyahət etmək mümkündür. Yeni kosmos uçuş aparatı adi təyyarələr kimi hava limanından qalxacaq. 6 sərnişin və bir pilot heyətə daxil olacaq.

Qeyd edək ki, uçuş aparatı uzaqdan idarə olunur və pilot məhz sərnişinlərin rahatlığı üçündür. Beqak, sərnişinlərin əvvəlcədən təlim keçməyə ehtiyacı olmadığını da qeyd edib. Sözlərinə görə, araşdırmalar 10 dəqiqədən az sıfır qravitasiyanın zərərsiz olduğunu göstərir. Sərnişinlər saatda 2300 kimometr sürətlə orbitaya çıxacaqlar. Bir neçə dəqiqə qravitasiyasız şəraitdə qalandan sonra yerə qayıdacaqlar. Uçuş aparatı paraşutla, yaxud mühərriklə yerə enəcək.

 









Redaktorun seçimi