6 min illik tarixi olan it qəbiristanlığı tapıldı

Hit: 288
6 min illik tarixi olan it qəbiristanlığı tapıldı

Barselona Universitetinin alimləri İspaniyanın şimal-şərqində kütləvi it qəbiristanlığı aşkarlayıblar.

Qəbiristanlığın yaşının 6 min ildən çox olduğu bildirilib. Əsas versiyaya görə, itlər qurban kəsilərək sahiblərinin yaxınlığında basdırılıb. Alimlər itlərin dəfn olunan insanlarla eyni qidadan istifadə etdiklərini aşkarladıqdan sonra bu qənaətə gəliblər. Bundan başqa, itlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir.









Redaktorun seçimi