Bu gün Ümumdünya Radio Günüdür

Hit: 462
Bu gün Ümumdünya Radio Günüdür

Fevralın 13-ü Ümumdünya Radio Günü kimi qeyd edilir və builki mövzu “Dialoq, dözüm və sülhdür”.

 UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədilə keçirilir.

“Sosial şəbəkələrin insanların bir-birindən təcrid olunmasına, yalnız oxşar baxışlara malik insanları birləşdirən təcrid edilmiş media qrupların yaradılmasına gətirib çıxartdığı bir vaxtda radio konstruktiv ictimai dialoqu dəstəkləyən ən mühüm alətdir. Radioverilişlər ən müxtəlif mövzular üzrə demokratik müzakirələr üçün platforma rolunu oynayır. Hətta müasir rəqəmli kommunikasiyalar dünyasında radio digər kütləvi informasiya vasitələri ilə müqayisədə daha böyük insan kütləsinə əlçatandır. Radio vasitəsilə son dərəcə vacib məlumat ötürülür və mühüm mövzular geniş işıqlandırılır. Radio, həmçinin insanların öz fikir və problemlərini paylaşa bildiyi şəxsi, interaktiv vasitədir”, – deyə BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Radio Günü münasibətilə öz müraciətində bildirib.

O, həmçinin BMT-nin sülhməramlı əməliyyatlarında radionun xüsusi rolunu qeyd edib.









Redaktorun seçimi