Arxeoloqlardan ŞOK tapıntı

Hit: 388
Arxeoloqlardan ŞOK tapıntı

Arxeoloqlar yeni sivilizasiyanın izlərini aşkara çıxarıblar.

Faktor.az xarici mediyaya istinadən xəbər verir ki, Qərbi Saxarada (Afrikanın şimal-qərbində, Səhravi Ərəb Demokratik Respublikasına aid ərazidir) tarixə məlum olmayan mədəniyyət qalıqları aşkarlanıb. Tapıntının peyk görüntüləri və fotoşəkilləri yayımlanıb. Tapıntılar müxtəlif ölçülərdə və dairəvi, dördkünc formalarda daşdan tikilmiş binalardır. Şərqi İngiltərə Universitetinin alimlərinin tədqiqatına görə tikinti antik dövrə aiddir. Binalar kompleks olaraq 630 metrə qədər sahəni əhatə edir.

Alimlər kompleks binaların nə məqsədlə inşa edildiyini tapa bilməyiblər. Tikilmə tarixini isə 500.000 il öncəyə aid ediblər.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi