Dünyanın ən bahalı brendi məlum olub

Hit: 406
Dünyanın ən bahalı brendi məlum olub

"Brand Finance" məsləhətçi şirkətinin dünyanın ən bahalı brendlərinin illik reytinqində ikinci dəfədir ilk yeri "Amazon" şirkəti tutub.

Faktor.az report-a istinadən xəbər verir ki, bu dəfə şirkətin brandı 187,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilib, yəni əvvəlki ilə nisbətən "Amazon" 25 faiz bahalaşıb.

İkinci yerdə qərarlaşan "Apple" şirkətinin brendi il ərzində 5 faiz bahalaşaraq 153,6 milyard dollar, üçüncü yerdəki "Google" brendi 18 faiz bahalaşaraq 142,7 milyard dollar, dördüncü yerdəki "Microsoft" 47 faiz (!) bahalaşaraq 119,5 milyard dollar, beşinci yerdəki "Samsung" isə 1 faiz ucuzlaşaraq 91,2 milyard dollar məbləğində qiymətləndirilib.

Həmçinin ən uğurlu brend menecer qismində "Amazon" şirkətinin təsisçisi Ceff Bezos tanınıb. Bununla yanaşı, Bezosun boşanmasının həm özünün, həm də şirkətin brendinə mənfi təsir edə biləcəyi də qeyd olunur.









Redaktorun seçimi