Fransa Google-u məhkəməyə verdi, 50 milyon avro tələb etdi

Hit: 209
Fransa Google-u məhkəməyə verdi, 50 milyon avro tələb etdi

Fransa xalqı Google-un informasiya toplama üsulunu bəyənməyib.

Faktor.az  RT-yə istinadən xəbər verir ki, bu yaxınlarda 10 min nəfərin imzaladığı ərizədə Google-un araşdırılması tələb olunub. Buna əsasən, Fransadın informasiya təhlükəsizliyi agentliyi CNİL məşhur şirkəti məhkəməyə verib.

Məhkəmə iddiasında Google-un məlumatları toplamaq barəsində istifadəçilərə tam məlumat vermədiyi əks olunub. Həmçinin, androidlərin məlumat toplamaq üçün “icazə” istəməyi də sual altına alınıb.İcazə verilməyəndə, proqramın işləməməyi “təhdid” kimi qiymətləndirilib.

 Xatırladaq ki, CNIL agentliyi bundan əvvəl də Google-u yüz minlərlə avro ödəməyə məcbur etmişdi. Əvvəlki məhkəmə işlərində Avropa Birliyinin “unudulmaq” hüququ əsas götürülmüşdü. Google  axtarış mühərrikində istifadəçinin şəxsi məlumatlarının tam silməməklə mühakimə olunmuşdu.

 Qeyd edək ki, Google şirkəti son vaxtlar tez-tez məhkəmələrə çıxır. Keçən ay Hollandiya məhkəməsi şirkəti 10 milyondan çox vergidən yayınmaqda ittiham etmişdi. Ortaya çıxan sənədlərdə Google-un vergidən yayınmaq üçün saxta şirkətlərdən istifadə etdiyi isbat olunmuşdu.

Cəmilə Məmmədli

 









Redaktorun seçimi