Bir həftədə gəncləşməyin üsulları - İngilis alimin günbəgün resepti

Hit: 982
Bir həftədə gəncləşməyin üsulları - İngilis alimin günbəgün resepti

Edinburq Universitetində professor Mark Layt beyni bir həftədə gəncləşdirmək üçün 65 yaşdan yuxarı min nəfər üzərində test aparıb.

Faktor.az xəbər verir ki, nəticədə insanların hafizəsində 40 faizlik artım olub.

Proqram aşağıdakı kimdir.

Birinci gün

Sabah işə velosiped və ya piyada gedin. Axşam yağlı balıq yeyin.

 

İkinci gün

Lüğətdən bilmədiyiniz kəlmələri öyrənin, bu kəlmələri cümlə içində işlətməyə çalışın. Bu kəlmələrdən gündəlik danışıqlarınızda da istifadə etsəniz yaxşı olar.

 

Üçüncü gün

Pilates, yoqa, meditasiya və ya musiqi ilə məşğul olun və öyrənin. Tanımadığınız insanlara ünsiyyət qurun. Axşam evə gələn zaman bu danışıqların nə qədər yadınızda qaldığını test edin.

 

Dördüncü gün

İşə əvvəllər istifadə etmədiyiniz yolla gedin və yolu qarışdıraraq uzadın. Axşam isə yol üzərində diqqətinizi nələrin çəkdiyini qeyd edin. Televiziyada sənədli film və iqtisadiyyat proqramları izləyin, sabah nə qədərini xatırladığınızı test edin.

 

Beşinci gün

Spirtli içkilərdən və kofeindən uzaq durun. Alış-verişə çıxmaq üçün bir siyahı hazırlayın və siyahını əzbərləməyə çalışın. Soyuducuda olanlara baxın və marketdə “bunda evdə varıydımı, markası nə idi” deyə düşünün.

 

Altıncı gün

Yeməyi həmişə yediyiniz əlinizlə yox, digər ilə yeyin. Günü gözünüzü bağlayaraq çimməklə bitirin.

 

Yeddinci gün

Səhər yataqdan qalxdığınız zaman bir saat ərzində tapmaca tapın və pazl düzün. Ardınca gəzintiyə çıxaraq tapmacadakı kəlmələri və pazl parçalarını xəyal edin.

Axşam saatlarında evə dönüb təkrar parçaları birləşdirməyə çalışın.

 








Redaktorun seçimi