Mədəniyyətdən uzaqlaşıb meşədə yaşadı

Hit: 332
Mədəniyyətdən uzaqlaşıb meşədə yaşadı

Avstraliyada yaşayan sosial şəbəkə fenomeni “Freelee the Banana Girl” dəbdəbəli həyatdan bezərək meşədə yaşamağa qərar verib.

Faktor.az xarici mediyaya istinadən bildirir ki, gənc qadın yeni həyat tərzi üçün Cənubi Amerika meşələrini seçib. Şəbəkə hesablarından fotoşəkillərini paylaşan gənc qadına münasibətlər fərqli olub. 300 000 nəfər izləyicisi olan avstraliyalı bloggeri tənqid etsələr də bir çoxu onu dəstəklədiyini bildirib, onu təbrik edib.

Makiyaj etməyən, artıq paltarlar geyinməyən qadın özünü xoşbəxt hiss etdiyini, onun üçün gözəlliyin yeni anlam kəsb etdiyini bildirib: “12 yaşımdan mənə bədənimdəki tüklərin iyrənc olduğunu deyirdilər. Mən də bunun qəbuledilməzliyini düşünüb daim bədənimi təmizləyirdim. İndi isə bu işə son qoymuşam. Sizə də etdiklərimi məsləhət görürəm”.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi