5G ilə uzaqdan əməliyyat baş tutub - VİDEO

Hit: 388
5G ilə uzaqdan əməliyyat baş tutub - VİDEO

Çinlilər 5G ilə uzaqdan əməliyyat gerçəkləşdirib.

5G rabitə texnologiyası 2020-ci ilə qədər istifadəyə veriləcək.

Bir çox texnologiya şirkətləri bu son yeniliyi uyğunlaşmağa çalışarkən, 5G ilə edilən bəzi sınaqlar artıq böyük səs-səda doğurur.

Faktor.az xəbər verir ki, bu mənada bir nümunə də Çindən gəlib. Çinlilər 5 G ilə uzaqdan əməliyyat reallaşdırıblar.

Bu texnologiyanı istifadə edərək, əməliyyatı uğurla sonlandıran Çinli mütəxəssislər dünyanın diqqətini çəkməyi bacarıblar.

Belə ki, 5G texnologiyası ilə çalışan dünyanın ilk uzaqdan cərrahı Çində işlədilib və uğurla nəticələnib.

Çinli həkim olduğu şəhərdən 50 km uzaq şəhərlə 5G ilə əlaqə quraraq, bir heyvanı cərrahiyyə əməliyyatı edib.

Bunun üçün robotik cərrahi qollar istifadə olunub və iki şəhər arasında bağlantı üçün 5G-dən istifadə olunub.

Cərrahiyyə otağındakı robot ilə həkimin idarə cihazı arasındakı gecikmə çox az olub. Bu amil tibbi xəta riskini azaldacaq kimi görünür.

5G-nin geniş yayılmasından sonra bəzi əməliyyatların uzaqdan müdaxilə ilə güvənli şəkildə edilməsi gözlənilir.


 

 

 









Redaktorun seçimi