"Qarabağ"ın rəqibi dəyişdi - "Paxtakor"un əvəzinə...

137 dəfə oxunub
"Qarabağ"ın rəqibi dəyişdi - "Paxtakor"un əvəzinə...

"Qarabağ"ın Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi toplanış zamanı ikinci yoxlama oyununda Özbəkistan "Paxtakor"u əvəzinə, Macarıstanın "Uypeşt" komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.



Redaktorun seçimi