Xəbərdarlıq: "Smartfonunuzda "Üz tanıma" özəlliyini işlətməyin"

36 dəfə oxunub
Xəbərdarlıq: "Smartfonunuzda "Üz tanıma" özəlliyini işlətməyin"

“Üz tanıma” özəllikli ağıllı telefonlar  heç də təhlükəsiz deyilmiş.

 Faktor.az  xəbər verir ki, Hollandiya İstehlakçılar Cəmiyyətinin apardığı araşdırma bunu deməyə imkan verir.

Araşdırmaya görə, bazardakı ağıllı telefonların 40 faizi “üz tanıma” özəlliyi ilə başqaları tərəfindən asanca açıla bilir.

Telefonlar foto yaddaşla sahibinin görüntüsü arasında tam bir uyğunluq axtarmadığı üçün,  hər hansı bir sənəd üçün fotoyla da ekran kilidi açıla bilər.

Tədqiqat zamanı fərqli markalardan 110 ağıllı telefon nəzərdən keçirilib. İçərilərində Samsung, Huawei, Samsung, Sony və Nokia-nın bəzi modellərinin də olduğu 42 telefon üz tanıma özəlliyiylə rahatca açılıb.

“Mobil telefonunuzun həqiqətən təhlükəsiz olmasını istəyirsinizsə, üz tanıma funksiyasını işlətməyin”-deyə Twente Universitetinin biometriya mütəxəssisi professor Raymond Veldhuis xəbərdarlıq edir.

Cəmiyyət istifadəçilərə təhlükəsizlik üçün üz tanıma yerinə,  barmaq izi kilidi və ya şifrədən istifadə etməyi məsləhət görür.

Şəfanə Əfqan qızı

 

 



Redaktorun seçimi