10 ildir komada olan qadının uşağı olub

167 dəfə oxunub
10 ildir komada olan qadının uşağı olub

ABŞ-ın Arizona ştatının Foniks əyalətində 10 ildir komada olan qadın uşaq dünyaya gətirib.

Faktor.az BBC-yə istinadən verdiyi xəbər verir ki, hadisə ortaya çıxan kimi xəstəxanın sahibi “Hacienda HealthCare” qurumunun CEO-su öz vəzifəsindən istefa verib.

 Xəstəxananın rəsmiləri komada olan qadının necə hamilə qaldığını aydınlaşdırmaq üçün polis çağırıblar. Hadisə yerinə gələn polislər xəstəxanın bütün kişi işçilərindən DNT nümunələri toplamağa başlayıblar.

 Qadının 10 il əvvəl boğulmaqdan xilas olunduğu və ondan bəri komada qaldığı deyilir. Onun ailəsi doğulan uşağa sahib çıxıb və mehriban ailədə böyüdəcəyini deyiblər.

Qadın Amerika yerlilərindən biridir. Yerlilərin qəbilə rəisi Teri Rambler deyir ki, üzvlərindən birinin başına belə hadisə gəlməyi onları dəhşətə salıb. Əzizlərimiz qayğıya möhtac olanda baxıcılara inanırıq, amma burada baxıcılardan biri etibarsız çıxıb, xəstənin vəziyyətindən istifadə edib.

 Xəstəxana işçiləri isə qadının hamilə olduğunu anlamadıqlarını deyiblər. Ancaq uşaq doğulandan sonra hər şey ortaya çıxıb. Uşaq dünyaya gələndə əvvəlcə nəfəs almayıb, indi isə vəziyyəti yaxşıdır.

Polis səbəkarı tapmaq üçün araşdırmanı dərinləşdirir.

Cəmilə Məmmədli

 



Redaktorun seçimi