Məşhur avtomobil şirkəti 5 min əməkdaşını işdən çıxaracaq

28 dəfə oxunub
Məşhur avtomobil şirkəti 5 min əməkdaşını işdən çıxaracaq
“Jaguar Land Rover” avtomobil şirkəti 5 min əməkdaşını işdən azad etməyə hazırlaşır. 
 
Əsasən şirkətin idarəetmə və marketinq müəssisələrinin əməkdaşlarının işdən azad olunacağı bildirilir. Məlumata görə, şirkət işçiləri ixtisar etməklə xərclərini təxminən 2,5 milyard funt sterlinq azaltmaq niyyətindədir.
 
Qeyd edək ki, hazırda “Jaguar Land Rover” 40 min insanı işlə təmin edir. Şirkətin satış göstəricilərində ən böyük pay Çinin üzərinə düşür. Son vaxtlarda qlobal gərginliklərdən ötrü şirkətin Çindəki satışları təxminən 50 faiz azalıb.



Redaktorun seçimi