Ağıllı oyuncaqların uşaqlara faydaları və zərərləri

208 dəfə oxunub
Ağıllı oyuncaqların uşaqlara faydaları və zərərləri

Süni zəka cibimizdəki ağıllı telefonlardan, mətbəximizdəki mikrodalğalı sobalara qədər hər yerdə qarşımıza çıxmağa başladı. Süni zəka ilə gücləndirilən uşaq oyuncaqları da məşhurluğunu hər gün artırır.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, ağıllı oyuncaq bazarının, 2024-cü ilə qədər 54 milyard dollara çatması gözlənilir. İstehsalçılar internetə bağlanan və uşaqların qarşılıqlı əlaqəyə girərək öyrənə biləcəkləri oyuncaqlar hazırlayır və bazara çıxarır. Mütəxəssislər bu mövzu haqqında təhlükəsizlik narahatlıqları yaşayır. Uşaqların, etibarsız bir internet şəbəkəsi üzərindən hücuma uğraya biləcəklərini və oyuncaq robotlardan təsirlənə biləcəklərini ifadə edən mütəxəssislər, diqqətli olmağa çağırırlar.

Ağıllı oyuncaq süni zəka dərəcəsinə sahib, istifadəçi ilə qarşılıqlı təsir formasını nizamlaya bildiyi, qıcıqlandırıcı reaksiya verə biləcəyi və əvvəldən proqramlaşdırılmış şablona görə davrana biləcəyi bir oyuncaqdır. Bu oyuncaqlar, istifadəçilərlə qarşılıqlı təsirə keçmək üçün səs tanıma, toxunma sensorları və smartfon tətbiqlərini istifadə edə bilmə xüsusiyyətinə malikdir.

Ağıllı oyuncaqların, zərərləri olduğu kimi faydaları da ola bilər. Məsələn ağıllı oyuncaqlar, uşaqların kodlaşdırma və proqramlaşdırma bacarığını kiçik yaşlarda inkişaf etdirə bilər.

Bütün bu faydalara baxmayaraq ağıllı oyuncaqları istifadə etmə mövzusunda, mütəxəssislər diqqətli olmağa dəvət edirlər.



Redaktorun seçimi