Azərbaycanlı Üzeyir ABŞ-ı yenə heyran etdi - VİDEO

121 dəfə oxunub
Azərbaycanlı Üzeyir ABŞ-ı yenə heyran etdi - VİDEO

Azərbaycanlı akrobat, sirk ustası və şoumen Üzeyir Novruzov "America's Got Talent: The Champions" teleşousunda çıxış edib.

Milli.Az bildirir ki, NBC telekanalında nümayiş olunan teleşouda səhnəyə çıxan soydaşımız münsiflər heyəti ilə yanaşı, milyonlarla amerikalını heyran qoyub.

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir.

Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.



Redaktorun seçimi