Cinayətkarlar bu texnologiya ilə TAPILIR

151 dəfə oxunub
Cinayətkarlar bu texnologiya ilə TAPILIR

Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün "Amazon" şirkətinin üz tanıma texnologiyasından ("Rekoqnişın") istifadə edir.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:

"Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi "Rekoqnişın" 24 saatda görə bilir".

ABŞ Mülki Azadlıqlar Birliyi isə "Amazon"dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.



Redaktorun seçimi