Dünyanın ən uzunömürlü xalqlarının SİRLƏRİ

233 dəfə oxunub
Dünyanın ən uzunömürlü xalqlarının SİRLƏRİ

Cəmiyyətin uzunömürlülüyü adətən yaşadıqları ərazinin iqlimindən, coğrafi şəraitindən, həmçinin ölkənin maddi rifahından asılıdır. Belə ki, varlı ölkələrdə səhiyyə də daha güclü inkişaf edir. İnsanlar keyfiyyətli tibbi xidmətdən faydalanırlar.

Faktor.az bildirir ki, publika.az 2018-ci ilin ən uzunömürlü xalqlarının siyahısını tərtib edib.

Yaponiya 86,2 yaş

Planetin ən uzun ömürlüxalqı yaponlardır. Bu faktın kökündə isə yapon xaqının milli mətbəxi durur. Onlar qırmızı ətdən az istifadə edir, əvəzində isə züllallarla bol qidalar yeyirlər. Bu isə xolesterinin həmişə normada olmağı deməkdir.

Andorra 84,2

Mütəxəssislər bu xalqın uzunömürlülüyünü yaşadıqları ideal coğrafi mövqeylə bağlayırlar. Təmiz dağ havası, yaşıl meşələr, saf bulaq suyu... Sonsuz yaşamaq üçün başqa nə lazımdır?!

Sinqapur 84

Sağlam qida, yüksək səviyyəli təhsil sistemi Sinqapur xalqının uzunömürlük sirridir. Məsələn Sinqapurda siqaret çəkmək kimi zərərli vərdiş bir neçə yüz dollar cərimə deməkdir.

Beşliyin son pillələrində isə Honkonq və San-Marino yer alır.

 



Redaktorun seçimi